21 Mar 2026

Cəlilabadda qəzada piyada ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Günəşli kəndində baş verib.
Cəlilabad rayon sakini 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən piyada 49 yaşlı Ceyhun Rzayevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.