22 Mar 2026

Oğuz rayonunda ata oğlunu bıçaqlayıb.
Bu barədə APA-nın Şimal-qərb bürosu məlumat yayıb.
Məlumata görə, hadisə bu gün saat 19 radələrində rayonun Ərmənət kəndində baş verib.
Belə ki, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib.
Zaur Məmmədov xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.