• 14 °C
|

Şirvan sakini kimyəvi maddədən zəhərlənərək ölüb

22 Mart 2026
img

Şirvan sakini kimyəvi maddədən zəhərlənərək ölüb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1965-ci il təvəllüdlü Mənəfova Sevil Mirağa qızı yüksək konsentrasiyalı sirkə – “essensiya” turşusundan zəhərlənmə, ağız, boğaz, qida borusu və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.