• 14 °C
|

Gəncədə fişəng partlayıb, yeniyetmə xəsarət alıb

22 Mart 2026
img

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki şəhər sakini 2013-cü il təvəllüdlü S.Bayramov əlinin və bədənin müxtəlif nahiyələrinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, yeniyetmə yaşadığı evdə fişəng partlaması nəticəsində xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.