26 Mar 2026

İsrail və ABŞ İranın cənubunda yerləşən Şiraz şəhərinin cənub ətrafına aviazərbələr endirib.
Bu barədə ISNA agentliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ölənlər var, o cümlədən azyaşlılar arasında da itkilər olduğu bildirilir.
Bir neçə nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi qeyd olunub.
Hadisə ilə bağlı itkilərin dəqiq sayı hələlik açıqlanmayıb.