• 13 °C
|

Gədəbəydə azyaşlı xəstəlikdən ölüb

27 Mart 2026
img

Gədəbəydə 2 yaşlı uşaq xəstəlikdən ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 2024-cü il təvəllüdlü A.Musayevin yaşadığı evdə qəflətən halı pisləşib. Azyaşlı xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, azyaşlı epilepsiya xəstəsi olub.

Hazırda faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.