• 13 °C
|

Zaqatalada yol qəzasında bir nəfər ölüb, 5 nəfər xəsarət alıb- FOTO – YENİLƏNİB

30 Mart 2026
img

Zaqatalada ağır yol qəzası baş verib, bir nəhər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala-Muğanlı yolunda, Aşağı Tala kəndi ərazisində Elvin Qurbanovun idarə etdiyi “VAZ-21011″ markalı avtomobillə “Mercedes C 200” markalı maşın toqquşub.

Qəzadan sonra "VAZ 21011"də olan sərnişin 54 yaşlı Ülfət Qurbanov hadisə yerində ölüb. Ülfət Qurbanovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.

Qəzada xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin Səməndər Qurbanlı, "Mercedes"in sürücüsü, sərnişin 50 yaşlı Natvan Yusifova və daha bir sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

***

17.10

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, “VAZ-21011″ və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Hadisə yerinə rayon Polis Şöbəsinin əmkdaşları və xilasedicilər cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən 1973-cü il təvəllüdlü Rüfət Qurbanovun meyiti avtomobildən çıxarılıb.