
Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, əraziyə AAYDA-nın əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
“Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur”, – məlumatda qeyd olunur.
***
10.45
Güclü yağışlar Siyəzən rayonunda fəsadlara səbəb olub.
APA-nın xəbərinə görə, sel suları Siyəzən-Məşrif yolunun üzərində yerləşən körpünü uçurub.
Gilgilçay üzərində 2015-ci ildə tikilən 3 aşırımlı körpü yararsız hala düşüb.
Ətrafda olan kommunikasiya xətləri də zədələnib.
Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Xanım Məmmədova