• 23 °C
|

Ələtdə 64 yaşlı qadın qida borusunda yemək qalması nəticəsində ölüb

6 Aprel 2026
img

Bakı sakini qida borusunda yemək qalması nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib. Aprelin 4-də Ələt qəsəbə sakini 1962-ci il təvəllüdlü Aygün Abbasovanın yaşadığı evdə qida borusunda yemək qalması nəticəsində öldüyü bildirilir.
Araşdırma aparılır.