07 Apr 2026

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Macarıstana səfəri zamanı Ukrayna məsələsini müzakirə edəcəyini açıqlayıb.
APA xəbər verir ki, o, bu barədə Budapeştə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Vens qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orbanla görüşdə ABŞ-Macarıstan münasibətləri ilə yanaşı, Avropa və Ukrayna ilə bağlı məsələlərə də xüsusi diqqət yetiriləcək.
“Viktorla görüşməyi səbirsizliklə gözləyirəm. Əminəm ki, Ukrayna mövzusu əsas müzakirə istiqamətlərindən biri olacaq”, – deyə o vurğulayıb.