
“Hörmüz boğazından gəmilərin hərəkəti və neft daşımaları müharibədən əvvəlki səviyyənin 80-100 faizinə çatıb”.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Hindistanın “News18” telekanalına müsahibəsi zamanı deyib.
Rubio ABŞ qüvvələrinin dəniz nəqliyyatını qorumaq və raket, eləcə də pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərin qarşısını almaq istiqamətində fəaliyyət göstərdiyini deyib.
O, İranı ticarət gəmilərinə hücum etməkdə və dənizçilərin həyatını təhlükəyə atmaqda ittiham edib. Rubio, həmçinin Tehranla razılaşma əldə etməyin çətin olduğunu bildirərək, İran rəhbərliyini ölkənin resurslarını əhalinin rifahı əvəzinə hərbi məqsədlərə yönəltməkdə günahlandırıb.