09 Apr 2026

Gəncədə iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.
APAnın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Chevrolet” və “VAZ” markalı minik avtomobilləri toqquşub, nəticədə bir nəfər hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.