• 15 °C
|

Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması və ratifikasiyası üzərində işləyir

17 Aprel 2026
img

"Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması və ratifikasiyası üzərində işləyir".

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan və Azərbaycan artıq sülh şəraitindədir. Sazişin imzalanmasına gəldikdə isə, sənəd paraflanıb və biz azərbaycanlı həmkarlarımızla birlikdə onun imzalanması və son ratifikasiyası üzərində işləyirik”, – Vahan Kostanyan qeyd edib.