• 14 °C
|

Xəzər rayonunda silsilə oğurluq edən şəxs saxlanılıb

18 Aprel 2026
img

Xəzər rayonu ərazisində silsilə talama hadisələri qeydə alınıb.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

Naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.

Araşdırma aparılır.