• 15 °C
|

Ağstafada yol qəzasında xəsarət alan 3 nəfərin vəziyyəti məlum olub- FOTO – YENİLƏNİB

23 Aprel 2026
img

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi, 1qadın) 23.04.2026-cı il tarixində saat 11:20 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər (kişi) ambulator müalicə üçün evə buraxılıb.

1 nəfərə isə instumental diaqnostik müyinələrdən keçmək üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına göndəriş verilib.

***
12:15

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Ç.Mustafayev, 1980-ci il təvəllüdlü E.Rəhimov və A.Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.