• 13 °C
|

Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik

25 Aprel 2026
img

Müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik. Biz bu məqsədə nail olmaq üçün çox çalışmalıyıq.

APA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

“Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı, həmçinin istərdik ki, Azərbaycanda aparaq”, – Ukrayna Prezidenti vurğulayıb.