
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikana işgüzar səfər edib.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin “X” hesabında bildirilib.
Məlumata görə, Elçin Əmirbəyov Vatikana səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri), arxiyepiskop Paul Richard Gallagher ilə görüşüb.
Müzakirələr dövlətlərarası münasibətlərə və bu münasibətlərin siyasi və humanitar sahələrdə uğurlu inkişafına, eləcə də Cənubi Qafqazda sülh və rifah perspektivlərinə, regional təhlükəsizlik məsələlərinə və qarşılıqlı maraq doğuran digər mövzulara həsr olunub.