01 May 2026

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərinə dair paylaşım edib.
APA xəbər verir ki, o, bu barədə “X” hesabında video paylaşıb.
“Diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfər edirik. Səfərimiz Xocalı Soyqırımı Memorialını ziyarətlə başladı. Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik. Xocalı qurbanlarının əziz xatirəsinə ən dərin hörmətimizi bildirdik”, – Hikmət Hacıyev qeyd edib.