• 20 °C
|

Gəncədə günəbaxan tumu zavodunda yanğın baş verib – FOTO

5 May 2026
img

Gəncədə yanğın başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində yerləşən günəbaxan tumu zavodunda qəfil yanğın baş verib.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri və ətraf rayonlardan yanğınsöndürən qüvvələri cəlb olunub.

Yanğının geniş olması söndürmə işlərində çətinliklər yaradıb.

Hazırda alovun qarşısının alınması istiqamətində işlər davam etdirilir.