• 27 °C
|

Kuba XİN rəhbəri ABŞ-ın 100 milyon dollarlıq yardım vədini “yalan” adlandırıb

13 May 2026
img

Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya ABŞ-ın ölkəyə guya 100 milyon dollar humanitar yardım təklif etməsi ilə bağlı məlumatları “uydurma” adlandırıb.

Xarici medianın məlumatına görə, nazir bildirib ki, bu yardım barədə Kubada heç kimin məlumatı yoxdur.

O, ABŞ dövlət katibi Marko Rubionun açıqlamalarını “100 milyon dollarlıq yalan” kimi qiymətləndirib və vəsaitin kim tərəfindən, hansı formada və hansı məqsədlə veriləcəyini sual edib.

Rodriqes Parrilya həmçinin ABŞ-ı Kubaya qarşı yanacaq blokadasını aradan qaldırmağa çağırıb.