• 23 °C
|

Britaniya Ukraynaya göndərilən artilleriya qurğularını yeniləri ilə əvəz edir

14 May 2026
img

Böyük Britaniya hökuməti Ukraynaya göndərilən AS-90 haubitsalarını əvəz etmək üçün 72 yeni RCH 155 özüyeriyən haubitsaların alınması üçün təxminən 1 milyard funt sterlinq (1,4 milyard dollar) ayırıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat verib.

Haubitsaların istehsalı üçün müqavilə Almaniyanın silah istehsalçısı Rheinmetall və KNDS-in Böyük Britaniyadakı törəmə müəssisəsi arasında birgə müəssisə olan “Artec” şirkətinə verilib.

Layihədə Rheinmetall və KNDS-in müvafiq olaraq Telford və Stokportdakı zavodları iştirak edəcək.

Məsafədən idarə olunan haubitsaların Britaniya ordusuna ilk tədarükünün 2028-ci ildə olması gözlənilir.