14 May 2026

Ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib.
APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev “X” hesabında paylaşım edib.
Qeyd edilib ki, 18 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.
Bildirilibki, 2022-ci ildən bu günədək ümumilikdə 594 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb.
Səfirgöstərilən həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.