• 19 °C
|

Komitə sədri: Azərbaycanda şəhərlərin 65%-i 20 illik Baş planlarla idarə olunur

19 May 2026
img

2018-ci ildən etibarən biz məkan planlaşdırma sistemimizi yenidən qurmuşuq.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O qeyd edib ki, ölkədəki şəhərlərin 65%-i artıq 20 illik Baş planlarla idarə olunur: “79 şəhərdən 10-u üzrə təsdiq prosesi davam edir. 2 230 yaşayış məntəqəsi üzrə detallı planlaşdırma həyata keçirilib. Bakı Baş Planı 2040 çoxmərkəzli, insan mərkəzli, ekoloji məsuliyyətli inkişaf modelini nəzərdə tutur. Burada mənzil, iş yerləri, xidmətlər, ictimai məkanlar bir-birinə yaxınlaşdırılır. Mənzil siyasətində biz mənzilə əmtəə kimi deyil, sosial sabitlik və inklüziv inkişafın əsası kimi yanaşırıq”.