20 May 2026

ABŞ Avropada yerləşən briqadalarının sayını dörddən üçə endirib.
APA xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ müharibə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat verib.
"ABŞ Müharibə Nazirliyi Avropada yerləşən briqada döyüş qruplarının ümumi sayını dörddən üçə endirib. Bu, bizi Avropadakı 2021-ci il üçün briqada döyüş qruplarının sayına qaytarır", – o deyib.
O bildirib ki, qərar ABŞ qüvvələrinin Avropadakı mövqeyinin hərtərəfli və çoxqatlı nəzərdən keçirilməsinə əsaslanaraq verilib.