• 20 °C
|

ABŞ səfiri: Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib

22 May 2026
img

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Danimarkadakı səfiri Kennet Houeri məlumat verib.

"Prezident artıq güc tətbiq etməyi düşünmür. Qrenlandiyanın gələcəyini Qrenlandiyalıların özləri müəyyən etməlidir", – diplomat bildirib.

O, Qrenlandiya işçi qrupunun həm Trampın təhlükəsizlik narahatlıqlarını, həm də Qrenlandiya və Danimarkanın fikirlərini nəzərə alan bir həll yolu əldə edəcəyinə inandığını deyib.

O qeyd edib ki, bu həll yolu eyni zamanda Qrenlandiyalılara geniş iqtisadi imkanlar təqdim etməlidir.