
UN-Habitat Azərbaycanla, UNECE və bütün tərəfdaşlarla əməkdaşlığı davam etdirməyi və daha iqlimədavamlı, inklüziv və dayanıqlı şəhərlərin inkişafına töhfə verməyi səbirsizliklə gözləyir.
APA xəbər verir ki, bunu BMT-nin İnsan Məskənləri Proqramında (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə aləti” mövzusunda sessiyada deyib.
“Lakin bu mübarizə şəhərlərin tikilməsindən, genişlənməsindən, yenidən qurulmasından və maliyyələşdirilməsindən əvvəl qəbul etdiyimiz qərarların keyfiyyəti ilə də müəyyən olunur. Məhz buna görə Strateji Ekoloji Qiymətləndirmə (SEA) bu qədər vacibdir”, – Rafael Tuts bildirib.
O vurğulayıb ki, strateji ekoloji qiymətləndirmə hökumətlərə, şəhərlərə və tərəfdaşlara siyasət, planlaşdırma və qərarvermənin ən erkən mərhələlərində ekoloji, sosial və iqtisadi amilləri inteqrasiya etməyə imkan verir.