• 20 °C
|

İsveçrə Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketinə qoşulub

23 May 2026
img

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiya paketinə qoşulub.

APA xəbər verir ki, bu barədə ölkənin Federal Şurası məlumat yayıb.

Yeni qərara əsasən, 115 fiziki şəxs, şirkət və təşkilatın aktivləri dondurulacaq və onlara iqtisadi resursların təqdim edilməsi qadağan olunacaq. Həmin şəxslərin İsveçrəyə girişinə və tranzit keçidinə də məhdudiyyət tətbiq ediləcək.

Sanksiyalar əsasən Rusiya hərbi-sənaye kompleksi və enerji sektoru ilə əlaqəli şəxsləri əhatə edir.

İsveçrə həmçinin Rusiyanın “kölgə donanması”na qarşı tədbirlərə də qoşulub.