23 May 2026

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq edib.
APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Madyar “Facebook” hesabında məlumat yayıb.
O bildirib ki, Budapeşt eyni zamanda ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxması prosesini də dayandıracaq.
“Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq niyyətini geri götürür və Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyur”, – deyə Madyar yazıb.
Baş nazir qəbul edilən qərarların səbəbləri barədə əlavə məlumat verməyib.