
İran Futbol Federasiyası Dünya Çempionatında iştirak üçün millinin futbolçularına vizaların verilməməsi ilə bağlı xəbərləri təkzib edib.
“Tasnim”in xəbərinə görə, İran Futbol Federasiyası oyunçuların viza müraciətlərinin rədd edilmədiyini açıqlayıb.
“Viza ilə bağlı proseslər Futbol Federasiyası və milli komanda tərəfindən qaydalara uyğun şəkildə aparılıb və səsləndirilən iddialar həqiqətə uyğun deyil”, – İFF-dən bildirilib.
Qeyd edilib ki, İran Futbol Federasiyası milli komandanın Dünya Çempionatına göndərilməsi ilə bağlı bütün xəbərləri və məlumatları yalnız rəsmi kanallar vasitəsilə ictimaiyyətə çatdıracaq.
Xatırladaqki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək. İran G qrupunda Belçika, Misir və Yeni Zelandiyaya qarşı mübarizə aparacaq.