• 22 °C
|

Almaniyada tramvay qəzasında 27 nəfər xəsarət alıb

23 May 2026
img

Almaniyanın Düsseldorf şəhərində tramvay qəzasında 27 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Məlumata görə, günortada saatlarında iki tramvayın toqquşması nəticəsində 27 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağır sayılır.

Tramvaylarda 60-dan çox sərnişinin olduğu bildirilir.