
Rusiya ordusu səhər saatlarına qədər paytaxt Kiyevi raket və dronlardan atəşə tutub.
APA xəbər verir ki, hücumlar nəticəsində Kiyevdə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan başqa hücumların olduğu bölgələrdə yanğın və dağıntıların olduğu bildirilir.
Paytaxtın Şevçenkivski rayonunda bir nəfərin ölməsi ilə bağlı da məlumat var.
Kiyev Dövlət Hərbi Dairəsinin rəisi Timur Tkaçenko şəhər üzrə 40-dan çox obyektin zədələndiyini bildirib. Hücumların nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilir.
***
02:47
Ukraynanın paytaxtı Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub.
APA xəbər verir ki, Kiyevin Şevçenkivski, Dnepr və Podilski rayonlarına zərbələr endirilib.
Raketlərin düşdüyü yerlərdə yanğınlar baş verib, yaşayış binalarına ziyan dəyib.