• 23 °C
|

Tramp: ABŞ İranın zənginləşdirilmiş urandan imtina etməsinə görə sanksiyaları yumşaltmayacaq

27 May 2026
img

“Vaşinqton Tehranın zənginləşdirilmiş urandan imtina etməsi müqabilində İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil”.

APA xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu mövqeyi PBS-ə verdiyi müsahibə zamanı səsləndirib.

“Xeyr, bu, qətiyyən doğru deyil. Sanksiyaların yumşaldılması yoxdur. Onlar zənginləşdirilmiş urandan imtina edəcəklər. Amma bu sanksiyaların yumşaldılması müqabilində olmayacaq”, – Tramp əlavə edib.