• 24 °C
|

ABŞ narkotik qaçaqmalçılığı şübhəlisi olan gəmiyə zərbə endirib

28 May 2026
img

ABŞ ordusu Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi şübhəlisi olan gəmiyə daha bir zərbə endirib.

APA xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

"Kəşfiyyat, gəminin Sakit Okean şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", – komandanın açıqlamasında bildirilir.

Zərbə nəticəsində iki nəfər ölüb, lakin ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.

Pentaqon rəhbəri Pit Heqset 2025-ci ilin noyabr ayında narkotik kartelləri ilə mübarizə aparmaq üçün "Cənubi Nizə" əməliyyatının başladığını elan edib.