• 17 °C
|

FHN: Qeyri-sabit hava ilə bağlı fəsadların aradan qaldırılması tədbirləri davam etdirilir – VİDEO

30 May 2026
img

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ölkə ərazisində qeydə alınan qeyri-sabit hava ilə bağlı yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilib.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, güclü külək nəticəsində avtomobil yollarına və fərdi yaşayış evlərinin üzərinə aşmış ağacların götürülərək kənarlaşdırılması, su basmış yerlərdən suyun çəkilməsi və digər təhlükəsizlik tədbirləri həyata keçirilir.