31 May 2026

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, qəza rayon ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.