• 17 °C
|

Ötən ay 33 klinika barədə protokol tərtib edilib

1 İyun 2026
img

May ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 32 yoxlama aparılıb.

APA-nın sorğusuna cavab olaraq Mərkəzdən bildirilib ki, bunlardan 14-ü planlı, 18-i isə plandankənar yoxlama olub.

Məlumata görə, planlı yoxlamalar zamanı 13, plandankənar yoxlamalar zamanı isə 20 inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd olunub ki, plastik cərrahiyyə fəaliyyəti ilə bağlı hər hansı inzibati xəta haqqında protokol tərtib edilməyib.