• 20 °C
|

Tramp İranla danışıqların uzanmasından narazıdır

2 İyun 2026
img

ABŞ Prezidenti Donald Tramp İranla aparılan məsləhətləşmələrin həddindən artıq uzun çəkdiyini bildirib.

CNBC telekanalına müsahibəsində Tramp danışıqların taleyinin onun üçün həlledici olmadığını vurğulayıb.

“Açığı, onların başa çatıb-çatmadığı məni maraqlandırmır. Əgər bitibsə, bitib. Bitməyibsə, hesab edirəm ki, bu proses artıq həddindən artıq uzanıb”, – o deyib.

Tramp əlavə edib ki, danışıqlar onun üçün artıq “olduqca darıxdırıcı” görünməyə başlayıb.