03 İyn 2026

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında sazişin gələn həftə yekunlaşdırıla biləcəyini açıqlayıb.
"ABC News"a müsahibəsində Tramp sənədin razılaşdırılması ilə bağlı suala cavab olaraq “düşünürəm ki, söhbət gələn həftədən gedir” deyə bildirib.
Onun sözlərinə görə, əvvəlki layihə təsdiqlənməyib, çünki sənədə əlavə bir neçə müddəanın daxil edilməsini istəyib.