
Naxçıvanda baş verən qəzada xəsarət alan şəxslərdən daha biri xəstəxanada ölüb.
APA xəbər verir ki, mayın 23-də Naxçıvan-Ordubad magistralının Babək rayonu Çeşməbasar kəndi ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində xəsarət alan şəxslərdən 24 yaşlı Vəliyev Şahin Elxan oğlu bu gün xəstəxanada ölüb.
Qeyd edək ki, qəza zamanı 6 nəfər xəsarət almışdı. Onlardan 22 yaşlı Əlizadə Nail İlham oğlu qəzadan 3 gün sonra xəstəxanada ölmüşdü.
Xəsarət alan digər 4 nəfər – İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicəsi davam edir.