|

Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb

3 İyun 2026
img

Ağdaş rayonu ərazisində Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı ağaca çırpılıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin – 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin – 41 yaşlı Ramil Həsənov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.