
ABŞ hökuməti Kubanın sabiq lideri Raul Kastronun oğlu və nəvəsinə, eləcə də Kubanın prezidentinə və ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edib.
APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunmuş bildirişdə deyilir.
Sənədə əsasən, sanksiya siyahısına Kuba lideri Migel Dias-Kanel, həyat yoldaşı Lis Kuesta Peraza və onun ilk evliliyindən olan oğlu Manuel Anido Kuesta, eləcə də Raul Kastronun oğlu və nəvəsi Alejandro Kastro Espin və Raul Alejandro Kastro Kalis də daxil olmaqla beş nəfər əlavə edilib.
Nazirlik bundan əlavə Kuba İnqilabi Silahlı Qüvvələr Nazirliyinə, Kuba Xalqlar Arası Dostluq İnstitutuna, Kubada İnqilabın Müdafiəsi Komitələrinə və digər iki təşkilata da sanksiyalar tətbiq edib.