• 25 °C
|

Tramp: Tayvana ayrılmış 14 milyard dollarlıq silah paketinin taleyi hələ müəyyənləşməyib

6 İyun 2026
img

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tayvana ayrılmış təxminən 14 milyard dollarlıq silah paketini təhvil verib-verməyəcəyi barədə hələ yekun qərar qəbul etmədiyini açıqlayıb.

APA-nın məlumatına görə, o, Viskonsin ştatına səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, məsələ nəzərdən keçirilir.

“Bunu araşdıracağıq”, – deyə Tramp qeyd edib.

ABŞ lideri silah paketinin gələcək taleyi ilə bağlı əlavə təfərrüat açıqlamayıb.