• 22 °C
|

Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb.

7 İyun 2026
img

Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb.

APA xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi ərazisində baş verib.

Belə ki, kənd ərazisində velosiped sürən 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu ehtiyatsızlıqdan su kanalına düşüb. Aparılan axtarış tədbirləri zamanı o tapılaraq sudan çıxarılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.