• 24 °C
|

Tramp: Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin pilotlarının vəziyyəti yaxşıdır

9 İyun 2026
img

Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ ordusuna məxsus “Apache” helikopterinin pilotlarının vəziyyəti yaxşıdır.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanının uçuş zolağında jurnalistlərə deyib.

O qeyd edib ki, qəza nəticəsində heç kim xəsarət almayıb.

Tramp əlavə edib ki, administrasiya gün ərzində hadisə ilə bağlı hesabat yayımlayacaq.