11 İyn 2026

Qusarda sürüşmə nəticəsində xəsarət alan olmayıb.
Bu barədə APA-nın Şimal bürosuna Qusar Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, yaşayış evlərinə və digər tikililərə ziyan dəyməyib.
Xanım Məmmədova
***
17.27
Qusar rayonunun Laza kəndində sürüşmə qeydə alınıb.
Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, 1 maqnitudalı sürüşmə yerli vaxtla 14:38-də, 1 km dərinlikdə qeydə alınıb.