• 25 °C
|

“Abşeron Gənclər şəhərciyi”ndə yanğın olub

12 İyun 2026
img

Abşeron rayonu, Xırdalan şəhərində yanğın olub.

FHN-dən APA-ya verilən məlumata görə, “Abşeron Gənclər şəhərciyi”ndə baş verən yanğının qarşısı dərhal alınıb.

"Yanğın, DOST Mərkəzində deyil, binanın yaxınlığında məişət tullantıları yığılan sahədə baş verib və dərhal söndürülüb", məlumatda deyilir.