
Prezident İlham Əliyev Donald Trampın Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın qurulmasında və dərinləşməsində əvəzsiz rol oynadığını və bunu yüksək qiymətləndirdiyini bildirib.
APA xəbər verir ki, Prezident İlham Əliyev ABŞ Prezidentinə 80 illiyi münasibətilə ünvanladığı təbrikində keçən ilin avqust ayında Ağ Evdə Trampla tarixi görüş zamanı başlanmış və altı ay sonra ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri çərçivəsində başa çatmış Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırdığını vurğulayıb.