15 İyn 2026

Nəsimi rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Nəsimi rayonunda avtomobildən naməlum şəraitdə 2500 manat dəyərində 2 ədəd mobil telefon oğurlanıb.
APA DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı B.İsmayılov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.