16 İyn 2026

Azərbaycan və Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın bu ilin sonunda iclası keçiriləcək.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvudun iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə strateji Tərəfdaşlıq və bu ilin sonunda keçiriləcək Birgə Hökumətlərarası Komissiya üçün dinamikanın gücləndirilməsi müzakirə edilib.