• 27 °C
|

Hakan Fidan: Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişdən məmnunuq

16 İyun 2026
img

Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnunuq.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, proses çərçivəsində atılan addımlar bölgədə faktiki olaraq bərqərar olmuş sülhün artıq praktik müstəvidə də öz əksini tapdığını göstərir.

Nazir vurğulayıb ki, əldə olunacaq davamlı sülh regionda sabitliyin təminatı olacaq.

O, “3+3regional əməkdaşlıq formatı çərçivəsində keçirilən görüşlərin də region ölkələri üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.